Müğənni Xatirə İslam "Kəndinə qayıdır Xan" mahnısı ilə bağlı paylaşım edib.
AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, sənətçi klipindən bir hissə yayımlayaraq bunları yazıb:
"İlk və tək Xankəndi əsəri. Allah bu nəğməni elə torpağın özündə dinləməyi bizə nəsib etsin. İnşallah...".
Qeyd edək ki, Xatirə sözügedən mahnını 2020-ci ildə təqdim edib. Axşam.az-a açıqlamasında sənətçi "Atam Qubadlıdan, anam Şuşadandır, özüm isə Xankəndidə doğulmuşam" sözlərini söyləmişdi. Xatirə sözügedən bəstəyə Xankəndində klip çəkdirməyi arzuladığını bildirib.