“Əgər kimsə yardım etmək istmərisə o zaman onun yardım edənlərə söz deməsi doğru deyil”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Fazil Mustafa Somada daş-kömür mədənində baş verən qəzanın qurbanlarına göndərilən yardımlarla bağlı danışarkən söyləyib. O, deputat həmkarlarının yardım göndərməsinin Siyavuş Novruzov tərəfindən qınanılmasını doğru hesab etməyib:
“Bu hadisə Azərbaycanın da başına gələ bilər. Ona görə belə məsələlərdə hamı bir-birinə kömək etməldir. Mən ümumiyyətlə bu cür məsələlərin ictimailəşdirilməsinin və həmin siyahının mətbuatda dərc olunmasının əleyhinəyəm. Allah rızası üçün edilən yardım gündəmə gətirilməməlidir. Qaldı ki, kiminsə bu yardımları göndərən deputatları tənqid etməsinə. Onu deyə bilərəm ki, əgər kimsə yardım etmək istmərisə o zaman onun yardım edənlərə söz deməsi doğru deyil”.
F.Mustafa adının siyahıda olmasına baxmayaraq, özünün də yardım göndərdiyini söyləyib. Deputat etdiyi yardımın məbləğini açıqlamaq istəməyib:
“Bəli, mən də yardım etmişəm. Amma miqdarını açıqlamaq kimi bir fikrim yoxdur”.
Qeyd edək ki, Milli Məclisin 20-ə yaxın deputatı Somada baş verən faciə qurbanlarına maddi yardım göstəriblər. Kampaniya çərçivəsində son məlumata görə, 8025 AZN (11045 dollar) məbləğində vəsait yığılıb.
AZXEBER.COM