Almaniya müdafiə naziri: Ukraynaya yeni yardım paketi təqdim edəcəyik

Almaniya müdafiə naziri: Ukraynaya yeni yardım paketi təqdim edəcəyik
DÜNYA
19:20 11.04.2025
330
Ukrayna Almaniyadan yeni hərbi yardım paketi alacaq.

Bu barədə "The Guardian” nəşri Almaniyanın müdafiə naziri Boris Pistoriusun bəyanatına istinadən məlumat yayıb.

Paketə "Patriot” sistemləri üçün 30 raket və dörd ədəd IRIS-T hava hücumundan müdafiə sistemi daxildir.

Bundan əlavə, Almaniya 15 "Leopard 1A5” əsas döyüş tankı, 300 kəşfiyyat aparan pilotsuz uçuş aparatı, 100 yerüstü müşahidə radarı, 25 "Marder” piyada döyüş maşını və s. tədarük edəcək.

O, həmçinin bildirib ki, liderlər Ukraynanın yerli səviyyədə lisenziya əsasında raket istehsalı ilə bağlı sorğusunu müzakirə edəcəklər.
 
report
OXŞAR XƏBƏRLƏR