Almaniya prezidentindən İsrailə çağırış - Qəzzaya yardım edin

Almaniya prezidentindən İsrailə çağırış - Qəzzaya yardım edin
DÜNYA
17:03 12.05.2025
324
Almaniya prezidenti Frank-Valter Ştaynmayer İsraili Qəzzaya humanitar yardımın mümkün qədər tez çatdırılmasına icazə verməyə çağırıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ştaynmayer mülki əhalinin əzablarına diqqət çəkərək, sülh yolu ilə həll yollarının axtarılmasının vacibliyini dilə gətirib.

Ştaynmayer Berlində İsrail prezidenti İsaak Hersoqla birgə mətbuat konfransında bunları deyib: "Humanitar və tibbi yardım təchizatı ilə bağlı məhdudiyyətlər indi aradan qaldırılmalıdır, başqa vaxt deyil". 

Qəzzada dağıntıların çox böyük olduğunu və mülki əhalinin artan əzablarının Alman mediasında hər gün göründüyünü qeyd edən Ştaynmayer, "Bu səbəbdən humanitar yardımların Qəzza xalqına ən qısa zamanda çatması üçün çalışmanızı xahiş edirəm" ifadəsini işlədib.

İsraili və onun regional qonşularını münaqişənin sülh yolu ilə həlli imkanlarını araşdırmağa çağıran Ştaynmayer bütün tərəflərin ciddi olub-olmadığını yoxlamaq imkanının olduğunu, lakin bu fürsət pəncərəsinin sürətlə bağlandığını bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR