Almaniya Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin detalları üzərində işləyir

Almaniya Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin detalları üzərində işləyir
DÜNYA
05:09 20.08.2025
187
"Almaniya və tərəfdaşları Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin detalları üzərində fəal işləyirlər”.

"Report”un məlumatına görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

"Almaniyanın təhlükəsizlik zəmanətlərinə nə qədər töhfə verəcəyi hələ dəqiqləşməyib və bunu hələ də siyasi və hərbi baxımdan müəyyən etmək lazımdır. Biz, birincisi, danışıqların gedişini, ikincisi, ABŞ-nin mümkün töhfəsini və üçüncüsü, ən yaxın tərəfdaşlarımızla koordinasiyanı nəzərdən keçiririk”, - nazir izah edib.
OXŞAR XƏBƏRLƏR