Almaniya artıq üç Patriot sistemini Kiyevə təhvil verib və hazırda əlavə sistemlərin tədarükü və dəyişdirilməsi barədə ABŞ-la danışıqlar aparır.
Bu barədə mənbələrə istinadən "The Washington Post" (WP) məlumat yayıb.
"Berlin artıq üç Patriot sistemini Ukraynaya təhvil verib və əlavə sistemlərin tədarükü və dəyişdirilməsi barədə Vaşinqtonla danışıqlar aparır”, - məqalədə deyilir.
ABŞ prezidenti Donald Tramp iyulun 14-də bildirib ki, Avropa bu cür tədarükləri ödəyəcəyi təqdirdə Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməyə davam etmək qərarına gəlib.
/APA