Almaniya XİN başçısı Kiyevdə səfərdədir

Almaniya XİN başçısı Kiyevdə səfərdədir
DÜNYA
09:47 30.06.2025
123
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevə elan olunmamış səfər edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Y.Vadefuhl Almaniya hökumətinin Ukraynaya dəstəyə tam fokuslanmağı, cümlədən müasir hava hücumundan müdafiə vasitələri və digər silahlarla təminatı, humanitar və iqtisadi yardımı davam etdirəcəyini bildirib. O, həmçinin Almaniyanın Aİ və G7-dəki tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcəyini iddia edib.

DPA agentliyinin məlumatına görə, səfərdə naziri Almaniyanın müdafiə sənayesinin nümayəndələri müşayiət edirlər.
OXŞAR XƏBƏRLƏR