Almaniyada azərbaycanlıların olduğu məscidə hücum edildi - FOTO

Almaniyada azərbaycanlıların olduğu məscidə hücum edildi - FOTO
DÜNYA
15:56 10.05.2020
1617
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki məscidə hücum olub.

Bu barədə Köln şəhərində yaşayan həmvətənlərimiz məlumat veriblər.

Onların sözlərinə görə, koronavirus səbəbi ilə uzun müdətdir ibadətə bağlı olan məscidlər mayın 9-da sübh namazı ilə yenidən fəaliyyətə başlayıb.

Köln şəhərində yerləşən və Türkiyə Diyanət İşləri Türk İslam Birliyinə aid məscidə sübh namazı üçün gələnlər içəri daxil olduqdan sonra kimliyi hələlik bilinməyən şəxs və ya şəxslər pəncərələri daşlayaraq şüşələri sındırıblar.

"Məscid Köln şəhərinin Xorvayler bölgəsində yerləşir. Kölndə azərbaycanlıların kütləvi toplaşdığı digər məscid də var. Sadəcə koronavirusa təhlükəsinə görə, sosial məsafənin qorunması məqsədi ilə camelərə çox sayda insanın girməsinə icazə verilmir. Buna görə ötən gün biz bu məscidə gəldik. Dəstəmaz alandan sonra sübh namazına başlayan kimi pəncərələrin şüşələri sındırıldı. Hamı cəld çölə qaçdı. Məlum oldu ki, kimlərsə məscidin pəncərələrini daşlayaraq qaçıb”, - deyə hadisənin şahidi olan həmvətənimiz "Report”a bildirib.

Köln şəhər Polis Təşkilatından "Report”a bildirilib ki, hücum edən şəxs və ya şəxslərin axtarışları davam etdirilir. Ətrafdakı müşahidə kameraları vasitəsi ilə onların qaçış trayektoriyası müəyyən olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi