Almaniyada bıçaqlı hücum: Beş nəfər xəsarət alıb

Almaniyada bıçaqlı hücum: Beş nəfər xəsarət alıb
DÜNYA
20:13 18.05.2025
376
Almaniyanın Bilefeld şəhərində naməlum şəxs barlardan birinin qonaqlarına bıçaqla hücum edib. Polis terror aktı versiyasını istisna etmir.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Hadisə "Cutie" barının qarşısında baş verib. Ən azı beş nəfər zərər çəkib, onlardan üçü ağır xəsarət alıb. İki yaralının həyatı üçün həkimlər mübarizə aparır.

Məlumata görə, cinayətkar hədəfsiz şəkildə hücum edib və bıçaqdan əlavə, əsadan da istifadə edib.

Şübhəli hadisə yerindən qaçmağı bacarıb, lakin öz çantasını ərazidə qoyub. Çantada silah, yanacaq qarışığı olan şüşə və Suriya vətəndaşı adına verilmiş Almaniyada yaşama icazəsi aşkarlanıb.

Cinayətkarın axtarışı davam edir.
OXŞAR XƏBƏRLƏR