Almaniyanın Cottbus şəhərində ümumillider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş profesional K-1 kateqoriyası üzrə çempionatda qələbə qazanan Kamran Hüseynov DYP-nin taqım komandiri imiş.
AZXEBER.COM xəbər verir ki, çempionatda qalib gələn idmançı həm də Dövlət Yol Polisinin taqım komandiri vəzifəsində çalışırmış.
Xatırladaq ki, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kikboks çempionatı Almaniyanın Cottobus şəhərində mayın 22-si keçirilib.Kamran Hüseynov artıq ikinci raundda qələbə qazanıb. Bununla o, ölkəyə kubok gətirib.
