Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun qəbul edilib

Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun qəbul edilib
DÜNYA
22:50 05.12.2025
98
Almaniya parlamenti ölkədə hərbi xidmətin yeni modeli haqqında qanun qəbul edib.

Parlament üzvlərinin əksəriyyəti Almaniyanın müdafiə naziri Boris Pistoriusun gənclərin tibbi müayinədən keçməsini və hərbi qeydiyyatın bərpasını nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.

Yeni qaydalara əsasən, gənclər fiziki hazırlığı və Almaniya ordusuna qoşulmağa hazır olduqları barədə məcburi sorğular alacaqlar.

Məlumata görə, orduya cəlb olunanların sayı nəzərdə tutulan qədər olmasa, "ehtiyaclara əsaslanan" çağırış tətbiq oluna bilər. Bu halda gənclər püşkatma və ya başqa mexanizmlə seçiləcək. Bunun üçün parlamentdə ayrıca səsvermə tələb olunur. Hərbi xidmət müddəti ən azı altı ay olacaq.

Almaniyanın bir sıra şəhərlərində icbari hərbi xidmətin tətbiqinə qarşı etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, Almaniyada icbari hərbi xidmət 2011-ci ilin iyulunda ləğv edilib, ardınca peşəkar orduya keçid baş tutub.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR