Almaniyada naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb

Almaniyada naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb
DÜNYA
19:40 26.01.2021
755
Almaniyanın Frankfurt-Mayn şəhərində naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb.

Bu barədə TASS yerli polisin tvitterdəki paylaşımına istinadən məlumat verib.

Qeyd olunub ki, hücum edən şəxs artıq saxlanılıb, əhali üçün heç bir təhlükə yoxdur. Həmçinin yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı vurğulanıb.

"Frankfurter Allgemeine Zeitung” qəzeti isə saxlanılan şəxsin narkotik maddənin təsiri altında olduğunu yazıb.

Hücum şəhərin mərkəzi vağzalının yaxınlığında baş verib, bu bölgə kriminogen vəziyyəti ilə tanınır.
 
///Report
OXŞAR XƏBƏRLƏR