16:56 Bazar Günü, 22 Iyul 2018
SOSİAL

Almaniyada polis işləyən azərbaycanlı Nurlana: "Onlar mənə gülüb, lağa qoyurdular" - FOTOLAR

15:22, 12.03.20187486
Almaniyada polis işləyən azərbaycanlı Nurlana:
AZXEBER.COM informasiya portalı yeni layihəyə start verir. 
 
Bu gündən etibarən xarici ölkələrdə uğur qazanan, ölkəmizin adını yüksəldən şəxslərlə müsahibələri təqdim edəcəyik.
 
Beləliklə, "Elçilərimiz" adlanan rubrikanın ilk qonağı Almaniyada polis komissarı çalışan 29 yaşlı Nurlana Atakişiyevadır. Alman, rus, türk, ingilis və fransız dillərində danışa bilən müsahibimiz ana dilimizi də unutmayıb. 
 
Onun haqda mətbuatda və sosial şəbəkələrdə çox yazılsa da, xanım ölkə mediasına ilk müsahibəsini bizə verdi.
 

- Nurlana xanım, ilk olaraq özünüz haqda oxucularımıza məlumat verərdiz...

- Bakıda, Bayılda doğulub, böyümüşəm. Bayılda 163 saylı orta məktəbə və pianino üzrə 3 saylı uşaq musiqi məktəbinə getmişəm. 15 yaşım olanda anamın müalicəsi üçün Almaniyaya köçdük. Anamda şəkər, anemiya, osteoporoz xəstəlikləri var. Almaniyanın Berlin şəhərinə köçəndə almanca heç danışa bilmirdim. Buna görə məktəbdə uşaqlar illərboyu mənə gülüb, lağa qoyurdular. Amma arzularımın arxasında getmək üçün, ən əsas da atamı ve anamı sevindirmək üçün ruhdan düşmədən, saatlarca dərs oxuyurdum. Məktəbdə müəllimlər mənim heç zaman universiteti bitirməyimin mümkün olmayacağını demişdilər, çünki almancam mükəmməl deyildi. Ancaq mən ruhdan düşmədin, dili mükəmməl öyrəndim. Polislik üzrə 3 illik universitet oxudum və arzularımı reallaşdırdım. Burada polis olmaq üçün akademiyaya getmək olur, ya da Universitet oxumaq olur.

- Almaniyada azərbaycanlıların sayı çoxdur. O ölkəyə inteqrasiya olunmaq üçün nə etmək lazımdır?

- Mən deyərdim ki, inteqrasiya üçün ən önəmli və ilk addım, alman dilini yaxşı danışa bilməkdir. Dili bilmədən iş tapmaq olmur. Əlbəttə burada türklər və ərəblər çox yaşayan rayonlar var və dili bilməyənlər orada iş tapırlar. Amma orada qazanc o qədər yaxşı olmur. Bu baxımdan inteqrasiya üçün dil ən önəmli üsuldur.

 

 

 


 

- Qadın polis olmağın çətinlikləri nədir?

- Buraya o qədər axın var ki. Berlində əhali getdikcə çoxalır. Buna görə də polislərin sayını da artırırlar, getdikcə qadın polisləri də artır.Mən heç bir çətinlik görmürəm. Polislik tək kişi işi deyil. Cinsə baxmayaraq, bu işi hər kəs görə bilməz. Qəbul olunmaq üçün bir sıra testlərdən keçirik. İlk növbədə fit və formada olmaq lazımdır. Xarakter də uyğun gələndən sonra qadın da, kişi də bu işi görə bilər.

 

 

 


 


- Fit olmaqdan söz düşmüşkən. Formada olmaq üçün nə edirsiz?

- Fitneslə daimi məşğul oluram. Qaçmağa gedirəm, qışda, yayda temperatura baxmadan məşq edirəm. İşimdə qaçmaq məcburiyyəti olduğuna görə yağışda da, buzlu havada da qaçmağı sevirəm.


- Sosial şəbəkələrdə də çox fəalsız. Bu işinizə mane olmur?

- İnstagramım mənim işimə heç mane olmur. Əksinə, çox müsbət fikirlər gəlir.


- Çox gözəl. Bildiyimiz qədərilə subaysız. Ailə qurarkən ilk növbədə nəyə önəm verməyi planlaşdırırsız?
- Bəli. subayam. Mənim üçün ən əsası sayqı və hörmətdir. Atamla, anamla evliliyi mənə nümunədir.

 

 

 



- Bəzən görürük ki, Azərbaycandan xaricə gedən gənclər orada ölkəmiz və dövlətimiz əleyhinə təbliğat aparırlar. O şəxslərə nə demək istərdiz?

 

- Mən siyasətə qarışmıram. Ümumiyyətlə, bildiyiniz kimi Almaniyada fikir və söz azadlığı var, bundan istifadə edənlər də çoxdur. Mən sadəcə qanunları, asayişi qoruyan bir şəxsəm.


- Gənc yaşda uğur qazanan bir xanım olaraq oxucularımıza nə demək istərdiz...
- Fikrim budur ki, kim nə deyirsə, desin insan arzularına çata bilir. Yetərincə özgüvən və displin olduqdan sonra insan bütün məqsədlərinə çatar. 
 
Hacıbəy Heydərli,
AZXEBER.COM

 

 


 

 


XƏBƏR LENTİ