Almaniyada "prostoy vətəndaş"la müxalifətçilər arasında - DAVA

Almaniyada "prostoy vətəndaş"la müxalifətçilər arasında - DAVA
Bütün Xəbərlər
18:08 29.04.2014
1495
 Almaniyada yaşayan həmyerlilərimiz arasında insident yaşanıb.
AZXEBER.COM xəbər verir ki, Almaniyanın Nürnberq şəhərində bir qrup həmyerlimiz həbsdə olan "Nida"çılara dəstək məqsədilə aksiya keçirib. 
Aksiyanın təşkilatçısı Tural Sadıqlının sözlərinə görə, aksiyanın başlanğıcında “prostoy vətəndaş” kimi tanınan Akif Məmmədovun peyda olması insidentin yaranmasına səbəb olub. Lakin alman polisinin müdaxiləsindən sonra o, aksiyadan kənarlaşdırılıb.Akif Məmmədov AZXEBER.COM-a açıqlamasında məsələylə bağlı deyib: Mən onlar aksiya keçirən əraziyə getdim, polis gəlib soruşdu ki, burada nə baş verir? Cavab verdim ki, bu adamlar Azərbaycanı sevməyən şəxslərdir, onlar ölkəmizdə olan demokratiyadan xəbərsizdilər. Daha sonra alman polisini Bakıya dəvət etdim ki. gəlsin ölkəmizi görsün. Bu yerdə aksiya iştirakçıları mənə yaxınlaşdı və insident yaşandı. Mən bu adamlara qarşı mübarizəmi sonadək davam etdirəcəm. 
Qeyd edək ki, Nürnberg şəhəri Bavariya torpağının ikinci böyük şəhəri hesab olunur və bu şəhərdə 500-dən çox azərbaycanlı yaşayır.
OXŞAR XƏBƏRLƏR