Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var
DÜNYA
01:53 13.10.2026
197
Almaniya polisi küçədə 16 yaşlı qıza toxunduğu iddia edilən bir robotu saxlayıb.

"The Daily Mail” nəşri xəbər verir ki, hadisə Köln şəhərində baş verib.

Belə ki, hündürlüyü 1,2 metr olan robot qıza yaxınlaşdıqdan sonra ona doğru "itələyici hərəkətlər” etməyə başlayıb.

Məlumata görə, hadisə canlı yayımlanıb.

Görünüşə görə, robot məsafədən idarə olunurmuş. Şübhəlilər saxlanılıb, robot və iki mobil telefon isə müsadirə edilib.

Polis hadisəni "hücum”  kimi qiymətləndirib və cinsi qısnamaya görə ittiham irəli sürülməsi məsələsinin nəzərdən keçirildiyini bildirib.
 
///qafqazinfo///

OXŞAR XƏBƏRLƏR