Almaniyalı hərbi ekspert: “Bundesver bu müharibədə Azərbaycanla mübarizə aparsaydı, heç bir şansı olmazdı”

Almaniyalı hərbi ekspert: “Bundesver bu müharibədə Azərbaycanla mübarizə aparsaydı, heç bir şansı olmazdı”
SİYASƏT
11:06 14.06.2021
6159
"Almaniya ordusu hər gün daha da inkişaf edən döyüş pilotsuz təyyarələrinin potensial hücumundan qorunmaq üçün zəif təchiz olunub”.

"Daily Sabah”ın məlumatına görə, bu barədə Almaniyada yerləşən analitik mərkəz, Beynəlxalq PUA  bazarının və 44 günlük Dağlıq Qarabağ müharibəsində pilotsuz təyyarələrin oynadığı rolun analizlərindən sonra belə bir nəticəyə gəlib.

"Bir sözlə, Bundesver bu qarşıdurmada Azərbaycanla mübarizə aparsaydı heç bir şansı olmazdı”, - deyə Almaniya Müdafiə və Strateji Araşdırmalar İnstitutunun  (GIDS) müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Maykl Karl bildirib.

"Döyüş dronları və kamikaze dronları kimi istifadə olunan silah sistemlərinə qarşı özümüzü yetərincə qoruya bilməzdik. Təkcə Hava Hücumundan Müdafiə Qoşunlarının olmaması bizim sonumuz olardı”, - deyə o, əlavə edib.

Ekspert Azərbaycanın işğal olunmuş torpaqlarını - Qarabağ ərazilərini böyük ölçüdə Türkiyə və İsrailin istehsal etdiyi pilotsuz təyyarələr sayəsində fəth etdiyini vurğulayıb.

"Azərbaycan Ermənistanla münaqişəsində Türkiyənin "Bayraktar TB-2”sini və İsrailin "Hermes 900”ünü istifadə etdi ki, bu da Bakıya havada üstünlük verdi”, - deyə zabit bildirib.

Mütəxəssisin fikrincə, bugünkü qarşıdurmada sağ qalmaq üçün Bundesverin əsasən Almaniyanın sahib olduğu, lakin silahlı qüvvələrdə istifadə olunmayan (səs sistemləri kimi) texnologiyalara ehtiyacı var.

2014-cü ildə Türk Silahlı Qüvvələrinin silahlandırılmasına verilən "Bayraktar TB-2” pilotsuz uçuş aparatları daha sonra sursatlarla təchiz olunaraq döyüş PUA-sı halına gətirilib. 93 faiz detalı Türkiyədə istehsal olunan sözügedən PUA hazırda Türkiyə, Ukrayna, Azərbaycan və Qətərdə ehtiyatda var.

Ekspertlərin fikrincə, səhra şəraitində istismara verilən "Bayraktar TB2” zamanla regionda oyun qaydalarını dəyişdirib: Türkiyənin terrorla mübarizə əməliyyatlarında gözləniləndən daha qısa müddətdə və daha az itki ilə uğur qazanmasının bu tip pilotsuz təyyarələrlə əlaqəli olduğu düşünülür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi
09:30 10.10.2026
Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi
Tokayev Qazaxıstan ordusunun Xüsusi Əməliyyat Qüvvələrinə yeni komandan təyin edib
09:25 10.10.2026
Tokayev Qazaxıstan ordusunun Xüsusi Əməliyyat Qüvvələrinə yeni komandan təyin edib
Yollarda duman var - Sürücülərin nəzərinə!
09:20 10.10.2026
Yollarda duman var - Sürücülərin nəzərinə!
Masazırda 4 avtomobil yanıb
09:15 10.10.2026
Masazırda 4 avtomobil yanıb
“Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
09:08 10.10.2026
“Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ olub
09:00 10.10.2026
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ olub
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
08:52 10.10.2026
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
08:45 10.10.2026
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
08:40 10.10.2026
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
08:35 10.10.2026
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
08:30 10.10.2026
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
08:23 10.10.2026
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib