Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib

Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
DÜNYA
08:52 10.10.2026
102
Qərbi Afrika ölkəsi Qvineya-Bisauda 14 min yeni doğulmuş körpənin iştirakını nəzərdə tutan hepatit B peyvəndi sınağının keçirilməsinə icazə verilib. Tədqiqat çərçivəsində körpələrin yarısına doğuş zamanı peyvənd vurulacaq, digər yarısı isə həyatının ilk altı həftəsində bu peyvəndi almayacaq.

Bu barədə Britaniyanın "The Guardian” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, danimarkalı alimlərin həyata keçirməyi planlaşdırdığı tədqiqat ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi tərəfindən dəstəklənir.

Kennedi daha əvvəl peyvəndlərin təhlükəsizliyi ilə bağlı mövqeyi ilə tanınıb və yeni doğulmuş körpələrin hepatit B əleyhinə peyvəndlənməsi məsələsinə yenidən baxılmasını müdafiə edib.

Tədqiqatın keçirilməsinə Cənubi Danimarka Universitetinin etika komitəsi və Qvineya-Bisau rəsmiləri razılıq veriblər. Halbuki layihə ilin əvvəlində beynəlxalq etirazlardan sonra dayandırılmışdı.

Qərar Danimarkada da ciddi narazılıq doğurub. Tədqiqatı qiymətləndirən komitənin üzvlərindən biri Stiq Börsen Hansen etik narahatlıqları əsas gətirərək istefa verib. Daha üç komitə üzvü də etiraz olaraq vəzifəsindən ayrılıb.

Hansen bildirib ki, körpələrin təsadüfi seçim əsasında peyvənd olunmayan qrupa daxil edilməsi onların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

"Peyvəndin doğum dozasını almamaq üçün təsadüfi seçilən uşaqlar həyatlarının ilk günlərində hepatit B-yə yoluxma riski ilə üzləşirlər. Bu isə ömürlük, geri dönməz nəticələrə səbəb ola bilər”, – o vurğulayıb.

Filadelfiya Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Pol Offit də tədqiqatı kəskin tənqid edib. Onun fikrincə, ABŞ-də etik səbəblərdən keçirilməsi çətin olan belə bir sınağın Afrika ölkəsində aparılması ciddi suallar doğurur.

Nəşrin əldə etdiyi yenilənmiş protokola əsasən, tədqiqat başlamazdan əvvəl analar hepatit B virusuna görə yoxlanılacaqlar. Test nəticəsi müsbət olan anaların körpələri peyvənd ediləcək və sınaqdan kənarda saxlanılacaq. Nəticəsi mənfi olan anaların uşaqları isə tədqiqata cəlb edilə biləcəklər.

Lakin mütəxəssislər bu tədbirin bütün riskləri aradan qaldırmadığını bildirirlər. Onların sözlərinə görə, hepatit B yalnız anadan uşağa deyil, ailə üzvləri və digər yaxın təmaslar vasitəsilə də ötürülə bilər.

"The Guardian” yazır ki, Qvineya-Bisau hepatit B virusunun geniş yayıldığı ölkələrdəndir. Ölkədə yetkin əhalinin təxminən 18 faizinin virus daşıyıcısı olduğu bildirilir.

Erkən yaşda hepatit B-yə yoluxma xroniki infeksiya, qaraciyər sirrozu və qaraciyər xərçəngi kimi ağır fəsadların yaranma riskini artırır.

Tədqiqatın maliyyələşdirilməsi də diqqət mərkəzindədir. Məlumata görə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) layihəyə 1,6 milyon dollar ayırıb. Layihəyə özəl fondlar tərəfindən də maliyyə dəstəyi nəzərdə tutulur.

Tədqiqat çərçivəsində peyvəndin uşaq ölümlərinə, dəri xəstəliklərinə və sinir sisteminin inkişafı ilə bağlı göstəricilərə mümkün təsirlərinin araşdırılması planlaşdırılır.

Orhus Universitetinin professoru Henrik Stövrinq bildirib ki, hepatit B peyvəndinin faydaları uzun illər ərzində aparılan elmi araşdırmalarla təsdiqlənib. Onun fikrincə, bəzi körpələrin peyvənddən məhrum edilməsi etik baxımdan əsaslandırılmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatı hepatit B-yə qarşı ilk peyvənd dozasının doğuşdan sonra mümkün qədər tez, ideal halda ilk 24 saat ərzində vurulmasını tövsiyə edir.

Qeyd edək ki, Qvineya-Bisauda bütün yeni doğulmuş körpələrin hepatit B əleyhinə peyvəndlənməsinə başlanmasının əvvəlcə 2027-ci ilə planlaşdırıldığı, lakin sonradan 2028-ci ilə təxirə salındığı bildirilir.

///teleqraf///
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi
09:30 10.10.2026
Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi
Tokayev Qazaxıstan ordusunun Xüsusi Əməliyyat Qüvvələrinə yeni komandan təyin edib
09:25 10.10.2026
Tokayev Qazaxıstan ordusunun Xüsusi Əməliyyat Qüvvələrinə yeni komandan təyin edib
Yollarda duman var - Sürücülərin nəzərinə!
09:20 10.10.2026
Yollarda duman var - Sürücülərin nəzərinə!
Masazırda 4 avtomobil yanıb
09:15 10.10.2026
Masazırda 4 avtomobil yanıb
“Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
09:08 10.10.2026
“Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ olub
09:00 10.10.2026
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ olub
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
08:52 10.10.2026
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
08:45 10.10.2026
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
08:40 10.10.2026
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
08:35 10.10.2026
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
08:30 10.10.2026
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
08:23 10.10.2026
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib