AZXEBER.COM xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videoları öz maraq dairələrinə uyğun daha dəqiq tənzimləyə biləcəklər.
Bundan əlavə, "Reels" üçün videoları qiymətləndirməyə imkan verən xüsusi düymələr də əlavə olunacaq. Bu seçimlər istifadəçinin gələcəkdə oxşar məzmunu görüb-görməyəcəyini müəyyənləşdirməyə kömək edəcək.
Adam Mosseri qeyd edib ki, hazırda bu funksiyaların bir qismi sınaq mərhələsindədir və rəsmi istifadəyə verilənədək dəyişikliklər edilə bilər.











































