Rusiyanın tanınmış estrada ulduzu Alsu “İnstagram” bloqunda Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan “Bakı” jurnalının baş redaktoru Leyla Əliyevaya təşəkkürünü bildirib.
AZXEBER.COM xəbər verir ki, sənətçi bunu Leyla Əliyevanın baş redaktoru olduğu “Amor” jurnalındakı müsahibəsindən dolayı edib:
“Jurnalın baş redaktoru Leyla Əliyevaya böyük təşəkkürümü bildirirəm ki, “Amor”un üz qabığına çəkilmək və müsahibə almaq üçün məni dəvət edib”.
Qeyd edək ki, Alsunun həyat yoldaşı Yan Abramov Bakı yəhudilərindəndir. Müğənni əri ilə mütəmadi olaraq Bakıya gəlir. O, hətta burada bir neçə klip də çəkdirib.