Altay Həsənov: Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatının keçirilməsinə tam hazırdır

Altay Həsənov: Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatının keçirilməsinə tam hazırdır
İDMAN
23:21 11.09.2019
21770
Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatının keçirilməsinə tam hazırdır.

"Trend"in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov deyib.

Altay Həsənov bildirib: "Sentyabr ayının 16-dan 22-ə kimi Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı keçiriləcək. Yarışa ciddi hazırlıq gedir. İnanırıq ki, hər şey yüksək səviyyədə olacaq. Bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda ilk dəfə 2005-ci ildə keçirilib. Bu, Olimpiya idman növləri üzrə Azərbaycanda keçirilən ilk vacib idman yarışı idi. O vaxtdan ölkədə çox sayda Avropa çempionatları, dünya kuboku yarışları keçirilib və biz müəyyən təcrübə toplamışıq".

O, vurğulayıb ki, 61 ölkənin iştirak edəcəyi bu dünya çempionatına böyük maraq var: "Çempionatda 61 ölkə iştirak edir. İnanıram ki, yarışları izləyən tamaşaçılar bizim komandaya dəstək olacaq. Ona görə də media vasitəsilə hamını bu gözəl idman bayramına dəvət edirəm. Əsas hədəfimiz lisenziya qazanmaqdır. Məlum olduğu kimi, bu dünya çempionatı Tokioda keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanmaq imkanı verir. Bu bizim üçün çox vacibdir".

A.Həsənov xüsusilə vurğulayıb ki, biletlərin 45 faizi xaricdən alınıb.

Qeyd edək ki, 14 ildən sonra ölkəmiz yenidən ən önəmli yarışlarından biri - Bədii Gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

16-22 sentyabr tarixlərində keçiriləcək yarış yalnız bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda 2020-ci ildə Tokioda (Yaponiya) təşkil ediləcək 32-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əlamətdar olacaq.

62 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq.

İlkin qeydiyyat siyahısına əsasən yarışda çıxış edəcək 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini toplayaraq yarışacaqlar. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin Dünya Çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Bu ilin çempionatında çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
19:36 06.10.2026
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
19:32 06.10.2026
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
19:29 06.10.2026
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
19:10 06.10.2026
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
19:04 06.10.2026
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
19:03 06.10.2026
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
18:56 06.10.2026
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
18:42 06.10.2026
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır