Altı bank “neqativ” siyahıya düşdü

Altı bank “neqativ” siyahıya düşdü
Bütün Xəbərlər
12:19 22.01.2016
3896
"Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın 6 bankı üzrə reytinq fəaliyyətini dərc edib.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, agentlik "Xalq Bank", "Bank Respublika" və "Kapital Bank"ın kredit ödəmə qabiliyyətinin baza qiymətini müvafiq olaraq b3, b2 və b1 səviyyəsində təsdiq edib. Bu bankların uzunmüddətli kredit reytinqləri üzrə proqnozu "stabil"dən "neqativ"ə düşürülüb.
Agentlik, həmçinin VTB (Аzərbaycan), "Bank of Baku" və "Unibank"ın kredit ödəmə qabiliyyətinin baza qiymətləndirilməsini və uzunmüddətli kredit reytinqlərini azaldıb və onları "neqativ" proqnozlu siyahıya daxil edib.
OXŞAR XƏBƏRLƏR