Altur Travel-dən Batumidə baş verənlərlə bağlı - AÇIQLAMA

SOSİAL
15:44 12.08.2016
4363

Dünən mətbuatda yayımlanan xəbərə görə, “Altur” turizm şirkəti turistlərdən əvvəlcədən pul alaraq Batumi şəhərinə aparıb. Şirkətin turistlərə cavabdeh olan bələdçiləri axşam Batumidə fəaliyyət göstərən kazinolardan birinə gediblər. 

Turistlər üçün əvvəlcədən yığılmış 12 min Gürcüstan Larisi məbləğində pulu uduzublar. Sonra isə ödəniş edilmədiyi üçün otellər həmin turistləri qəbul etməyib. Öz pulunu almayan sürücülər də turistləri avtobusla yenidən Bakıya qaytarmaqdan imtina ediblər. Vəziyyətin belə olduğunu görə turistlər bələdçilər barəsində Gürcüstan polisinə şikayət ediblər. Gürcü polisi həmin bələdçiləri həbs edib. Məsələylə bağlı AZXEBER.COM “Altur Travel”in meneceri Hüseyn Kalaşov ilə əlaqə yaradıb. 

O deyib ki, hadisə heç də mətbuatda yazıldığı kimi olmayıb: “Bizim “Altur Travel” olaraq yay aylarında Batumi şəhərinə mütəmadi turlarımız olur. Qiymətlər 195 dollara 230 dollar arasında dəyişir. Bu qiymətlər otellərin səviyyəsinə görə dəyişir. Artıq 3 ildir ki, Batumi turlarına gedirik. Bu turlar ayda 2 dəfə keçirilir. Tura gediş-gəliş, otelə yerləşmək, ekskursiyalar daxildir. Bütün bunlar son turumuzda da problemsiz baş tutdu. Lakin axırıncı gün getmək ərəfəsində oteldən çıxışla əlaqədar problem oldu. Ancaq bu yazıldığı kimi problemlər deyildi, hər bir tur şirkətinin başına gələ bilən hadisə idi. Belə ki, bu ödənişin köçürülməsində yaranan problem ilə bağlı idi. Məsələni əlimizdən gəldiyi qədər tez həll etməyə çalışırdıq. Bizə çətinlik yaradan insanlarımızın səbirsizliyi, aqressivliyi idi. Bizi anlamamağa, mane olmağa çalışırdılar. Bu səbəbdən də kiçik narazılıq yarandı, ancaq tezliklə də həll olundu”.

Hüseyn Kalaşov həmçinin qeyd edib ki, o heç vaxt kazinoda olmayıb:

“Qaldı ki, kazino məsələsinə birmənalı şəkildə deyə bilərəm ki, bu yalan və iftiradır. Heç bir halda qəbul olunmayan bir şeydir. Biz o qədər pulu, başqasına aid olan pulu kazinoda itirəcək qədər ağılsız deyilik. Bu yaşıma gəlib çatmışam, mən hələ kazino üzü görməmişəm. Bu xəbər saytlarının uydurduğu yalan məlumatdır. Və bu iftira ilə bağlı hüquqi addımları atacağıq”.

O deyib ki, turistlərdən biri məsələylə bağlı polisə şikayət edib və gürcü polisi onlardan izahat alıb və gedib: Biz məsələylə bağlı konsulluğumuza müraciət etmişdik. Konsulluq da öz növbəsində əlindən gələn köməyi əsirgəmədi. Məsələ tezliklə həll oldu. Qaldı ki, polis məsələsinə. Polis turistlərdən birinin şikayəti əsasında hadisə yerinə gəlib. Biz də məsələni aydınlaşdırmaq üçün bölməyə getdik. Orda vəziyyəti soruşdular. Belə bir halın olmasının biznes problemi olduğunu bildirdik. Başqa bir problem yox idi. Şikayət edən turisti şikayət bölməsinə dəvət etdilər. Gəlib ərizəsini yazdı və getdiAvtobus isə dünən yola düşüb. Turistlər artıq Bakıya çatıblar. Kalaşov həmçinin bildirib ki, bu qara yaxma kampaniyası ilə onları ruhdan salmaq mümkün deyil: 15-22 avqust tarixlərində növbəti Batumi turumuz var, bizde o sebebdenhazırda Batumidəyik. Bu tip yalan, xoşagəlməz məlumatlar bizi heç bir halda ruhdan sala bilməz, Bakıya qayıdan kimi lazımı tədbirlər görüləcək.Son olaraq "Altur Travel"in Batumi turları zaman çəkilən fotolardan bəzilərini təqdim edirik:AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR