May ayının 1-dən etibarənəcnəbi teleserialların yayımı dayandırılacaq
AZXEBER.COM-un məlumatına görə, Şura sədri Nuşirəvan Məhərrəmli Trend-ə açıqlamasında deyib ki, teleserialı göstərib, sonra onun yayımını dayandırmaq telekanal üçün başucalığı gətirmir, ümumiyyətləəhali üçün dəyaxşı deyil. "Hesab edirəm ki, onlar özlərininəsasnaməsinəuyğun hərəkət edirlər. Yəni proqram siyasətindəsərbəsdirlər. Ancaq bu kanalların hamısına bir il bundan qabaq dəfələrlətövsiyəolunub ki, bu məsələüçün hazırlıq işləri görsünlər", - Məhərrəmli deyib.
O vurğulayıb ki, hüquqi cəhətdən burada hər hansı bir problem yoxdur, ancaq may ayının 1-dən etibarənəcnəbi teleserialların yayımı birmənalı şəkildədayandırılacaq.
Məhərrəmli, həmçinin izdivac verilişlərinin dayandırılması məsələsinədəmünasibət bildirib. O qeyd edib ki, Şura bu işləri öz səlahiyyətləri çərçivəsindənizamlayır.
"Yəni Şuranın televizya vəradio kanallarının yaradıcılıq işlərinəqarışmaq səlahiyyəti olmadığından bu məsələyəmüdaxiləetmir. Ancaq bir vətəndaş kimi,əlbəttə, biz çox istərdik ki, bütün televiziya vəradio kanalları Azərbaycanın milli-mənəvi dəyərlərinəuyğun verilişlər hazırlasınlar, insanların heysiyyatı iləoynayan verilişlər verməsinlər vəAzərbaycanın mentalitetini nəzərəalsınlar", - Şura sədri deyib.
Avropa üçün xarakterik olan tok-şouların Azərbaycan teleməkanına gətirilməsini gülünc hesab edən Məhərrəmli telekanallara bu cür hallara yol verməməyi tövsiyəedib.
"Əgər MTRŞ-yəsəlahiyyət verilsə, bütün bu məsələləri birdəfəlik həll edib qurtarardıq", - o vurğulayıb.