"AMAY" ticarət mərkəzinin sahibinə hökm oxunub

"AMAY" ticarət mərkəzinin sahibinə hökm oxunub
Bütün Xəbərlər
13:31 07.09.2015
1607

Bu gün Bakı  Ağır Cinayətlər Məhkəməsində "AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, həmçininHeydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Beləliklə,Abdulla Abdullayev 13 il,Nadejda İlyasova 8 ilmüddətinə azadlıqdan məhrum edilib.

Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov vəVidadi Qurbanov 3 il sınaq müddəti olmaqla9 il müddətinəşərti azadlıqdan məhrum olunub.

Xatırladaq ki, A.Abdullayev bu ilaprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, haqqında həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, daha əvvəlki proses zamanı dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək məhkəmədən Abdulla Abdullayevin 14, Nadejda İlyasovanın 9, digər təqsirləndirilənlər Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanovun hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Sonuncu məhkəməprosesində isə A.Abdullayev son söz deyib. O, özünü təqsirli bilmədiyini söyləyib.

OXŞAR XƏBƏRLƏR