AMEA Kitabxanasına yeni direktor təyin olundu

AMEA Kitabxanasına yeni direktor təyin olundu
Bütün Xəbərlər
13:42 28.02.2014
964
Filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təsdiq olunub.
Bu barədə Modern.az-a Milli Elmlər Akademiyasından məlumat verilib. Bildirilib ki, bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.
Qərara görə, Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli 5 il müddətinə AMEA-nın Mərkəzi Elmi Kİtabxanasının direktoru vəzifəsinə təyin edilib.
Digər bir qərarla Firəngiz Hüseynova MEK-in elmi işlər üzrə direktor müavini, Qutiyera Cəfərova isə elmi katib vəzifəsinə 5 il müddətinə təsdiq olunublar.
OXŞAR XƏBƏRLƏR