"Amerika artıq ölkəmizi iqtisadi və tranzit sahəsində əsas faktor kimi qəbul edib"

"Amerika artıq ölkəmizi iqtisadi və tranzit sahəsində əsas faktor kimi qəbul edib"
SİYASƏT
16:15 23.09.2022
475
"Amerika Birləşmiş Ştatlarının nümayəndələr palatasının spikeri Nensi Pelosi Ermənistana səfəri zamanı sərhəddə olan son toqquşmalardan da bəhs edib. Xanım diplomat publikaya, xüsusilə, ABŞ-da seçkilər öncəsi erməni icmasına xitabən nitqinin heç bir rəsmi əsası yoxdur. Bildiyimiz kimi hər zaman ABŞ-da demokratlar partiyası Azərbaycana qarşı olub. Bunun da əsas səbəbini partiyanın özəyinin erməni əsilli siyasətçilərdən ibarət olması ilə əlaqələndirə bilərik”. 
 

 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

Deputatın sözlərinə görə, son 5 ilin iqtisadi, ticari göstəricilərinə baxsaq, bir daha anlayarıq ki, Nensinin çıxışı sadəcə absurddur:

"Həmçinin, qarşıdan Amerikada seçkilər gəlir, demokratların bu mövqeyi təbiidir. Mən 2012-ci il ABŞ və Azərbaycan arasında baş verən hadisələri xatırlatmaq istərdim. Həmin il respublikaçıların bütün səylərinə baxmayaraq, demokratların tələbi ilə səfir geri çağrılmışdı. Hətta bir müddət sonra Amerika siyasətçiləri və rəsmiləri də bunu demokratların onları seçən erməni icmasının istəyini yerinə yetirmək arzusundan irəli gəldiyini qeyd etdilər. Lakin təbii ki, sonra münasibətlər qaydasına düşdü, həmin illərdə Azərbaycan ABŞ üçün iqtisadi cəhətdən elə də güclü və lazimi partnyor deyildi, amma bu son 5 ilin iqtisadi, ticari göstəricilərinə baxsaq, bir daha anlayarıq ki, Nensinin çıxışı sadəcə absurddur. Amerika artıq ölkəmizi iqtisadi və tranzit sahəsində əsas faktor kimi qəbul edib. Ermənistanın ən yaxın ticarət tərəfdaşı İran, Rusiya, Çin olduğu halda Azərbaycanın iqtisadi tərəfdaşlarının 80 faizi qərb ölkələridir. AB ilə olan qaz sazişini də xatırlasaq, görərik ki, ABŞ Azərbaycan münasibətləri olduqca qaydasındadır”.

M.Cəfərov qeyd edib ki, Ermənistan doğrudan da qərbə meyl edirsə, bu yolun Türkiyə və Azərbaycandan keçdiyini bilməlidir:

"Əgər bu gün Ermənistan doğrudan da qərbə meyl edirsə, bu yolun Türkiyə və Azərbaycandan keçdiyini bilməlidir. Biz böyük təzyiqlərə qarşı duraraq ölkə başçısının iradəsilə 44 günə torpaqlarımızı azad etdik, Kəlbəcəri, Laçını, Ağdamı bir şəhidsiz, bir gülləsiz geri qaytardıq. Bütün bunlar baş verərkən də bizi günahlandıran qüvvələr olurdu, buna baxmayaraq müharibə bitib, regiondakı gücümüzə güc qatandan sonra reallıqla barışmalı oldular. Hazırda Ermənistan hakimiyyətinin qətiyyətsizliyi son toqquşmalara gətirib çıxartdı. Belə ki, Ermənistan Baş Naziri Nikol Paşinyan sonuncu Brüssel görüşündə kommunikasiya xəttlərilə bağlı razılığa gəlsə də, ölkəsinə geri döndükdən sonra əldə olunmuş razılığa əməl etmək istəmir, bunun üçün də aranın qarışması ona lazım idi və 2 günlük müharibə baş verdi”. 

"Paşinyan kommunikasiya məsələsində razılığa gəlir, lakin onun istəyi buradakı rolunun olmamasıdır. Azərbaycanın tamamilə iradəsi daxilindəki yol onu qane etmir. Ermənistan tərəfi bu mənfur əməlindən əl çəkməlidir. Bunun da yeganə yolu onların könlünü oxşamaq üçün yalan vədlər verən dövlətlər, reallığı olduğu kimi ifadə edib, Ermənistanı sülhə məcbur etsinlər”, - deyə deputat əlavə edib.
 
Hər zaman qarşılıqlı əlaqə yaratdığı ölkələrə xəyanəti ilə seçilən Ermənistan bu dəfə ABŞ-la yaxınlaşmağa cəhd edir. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin də İrəvana səfəri Ermənistanı bir az da ümidlərindirib. Amma onların ABŞ-a meyl göstərməsi Ermənistanın tərəfdaşlarına heç də xoş olmayıb. 

Qonşu İranla da münasibətlər quran Ermənistanın ABŞ-la yaxınlaşmaq istəyi İrana xəyanət kimi qiymətləndirilib. Bəs bu proseslər Ermənistanla İranın əlaqələrinə necə təsir edəcək? İran buna cavab olaraq hansı addımları ata bilər?
 

 


Politoloq Tural İsmayılov AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, Rusiya kimi İran da Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə güc faktoru kimi yararlanmağa çalışıb:

"Nensi Pelosinin İrəvana səfəri Ermənistanla Rusiya arasındakı çatları dərinləşdirdiyi kimi, İran tərəfindən də haqlı narazılıqlara səbəb olur. Çünki bu günə qədər Rusiya kimi İran da Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə güc faktoru kimi yararlanmağa çalışıb. 30 il ərzində Azərbaycan torpaqlarının işğalına İran sözdə səs çıxarsa da, real olaraq Ermənistana hansısa təsirlər etməyib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra baxmayaraq ki, İran Azərbaycanı təbrik edib, amma eyni zamanda bu günə qədər Zəngəzur dəhlizinin reallaşmağını İran – Ermənistan sərhədlərinin dəyişməsi kimi şərh edirlər”. 

Politoloq qeyd edib ki, Pelosinin səfəri İranla Ermənistan arasındakı münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olacaq:

"Hər kəsə bəllidir ki, İran Azərbaycan və Türkiyə arasındakı quru əlaqənin və dolayısilə türk coğrafiyası arasındakı vahid koordinasiya və kommunikasiya xəttinin yaranmasından ciddi narahatlıq keçirir. Bunlara rəğmən Paşinyanın sorosçu komandası indiyədək İranın maraqlarını təhdid etmirdi. Sorosçular hakimiyyətə gıtirdiyi adamları Rusiya təsirindən qopa bilməməsi, İranla yaxşı münasibət saxlamağını həzm edə bilmir. Ona görə də bu gün İran tərəfindən verilən ilkin bəyanatlar kifayət qədər sərtdir. Bütövlükdə Pelosinin səfəri İranla Ermənistan arasındakı münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olacaq”.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə,beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
23:56 02.04.2025
Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
İran ordusu tam döyüş hazırlığına gətirildi: Hava məkanı bağlanır
23:40 02.04.2025
İran ordusu tam döyüş hazırlığına gətirildi: Hava məkanı bağlanır
Maskın Ağ Evdəki vəzifəsindən nə vaxt gedəcəyi məlum olub
23:31 02.04.2025
Maskın Ağ Evdəki vəzifəsindən nə vaxt gedəcəyi məlum olub
İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
23:16 02.04.2025
İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
Çexiyada sərnişin qatarı relsdən çıxıb
22:57 02.04.2025
Çexiyada sərnişin qatarı relsdən çıxıb
Avropa rəsmiləri və Aİ-nin ölkəmizdəki səfiri Ağdamda yenidənqurma işləri ilə tanış olublar - FOTOLAR
22:45 02.04.2025
Avropa rəsmiləri və Aİ-nin ölkəmizdəki səfiri Ağdamda yenidənqurma işləri ilə tanış olublar - FOTOLAR
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
22:41 02.04.2025
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb - FOTO
22:23 02.04.2025
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb - FOTO
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
22:17 02.04.2025
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
NATO Qrenlandiya ilə bağlı mövqeyini açıqladı
22:07 02.04.2025
NATO Qrenlandiya ilə bağlı mövqeyini açıqladı
"Neftçi" öz meydanında "Sabah"a məğlub oldu
21:52 02.04.2025
"Neftçi" öz meydanında "Sabah"a məğlub oldu
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər
21:45 02.04.2025
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər
KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
21:39 02.04.2025
KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
21:32 02.04.2025
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
21:24 02.04.2025
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib
21:12 02.04.2025
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib