Amerika Misir müxalifətini dəstəkləyir

Bütün Xəbərlər
08:51 29.01.2011
1941

 Bu barədə “The Daily Telegraph” qəzetində dərc olunmuş məqalədə bildirilir. Məqalədə “WikiLeaks” saytının əlinə keçmiş və ABŞ diplomatlarının Qahirədən göndərdiyi hesabatlara istinad olunur. ABŞ-ın Misirdəki səfiri Marqaret Skobi 2008-ci ilin dekabrında Dövlət Departamentinə yazdığı məktubda bildirir ki, bəzi müxalif qüvvələr səylərini birləşdirərək, hakimiyyəti devirmə planı hazırlayıb. Plan o dərəcədə məxfi hazırlanıb ki, müəlliflər onu hətta kağıza köçürməməyə qərar veriblər. M.Skobi bu planın işləməsinə və hətta mövcudluğuna şübhə etdiyini də yazıb.

Səfirin yazdıqlarından aydın olur ki, Misir müxalifətçilərindən birinin ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuş gənc fəalların seminarında iştirakı təmin olunub. ABŞ hökuməti həmin şəxsin kimliyinin gizli qalması üçün hər şeyi edib. Lakin son günlər baş verən hadisələrdə sözügedən müxalifət fəalı həbs olunub.

M.Skobinin məktubunda “6 aprel” hərəkatının adı keçir. Bu hərəkat son günlər baş qaldıran inqilab cəhdinin əsas təşkilatçılarından biridir. “Facebook” sosial şəbəkəsində “6 aprel” qrupunun əsasən gənclərdən ibarət üzvlərinin sayı artıq 70 min nəfəri keçib./// APA

 

OXŞAR XƏBƏRLƏR