Amerikalı ekspert Azərbaycan saytlarındakı boşluqlardan danışdı

Amerikalı ekspert Azərbaycan saytlarındakı boşluqlardan danışdı
Bütün Xəbərlər
01:06 18.01.2012
1200

Amerikanın İnternet təhlükəsizliyi sahəsində mütəxəssisi Erik Conson yanvarın 16-da “AzerianCyberArmy” qrupunun Azərbaycanın dövlət saytlarına haker hücumu softların (proqram təminatı kompleksi) vaxtlı-vaxtında yenilənməməsinin nəticəsi olub.

Conson Turanın müxbiri ilə söhbətində bildirib ki, softlar hər gün yenilənməlidir. “Təcrübə göstərir ki, windows proqramlarının çoxu müdafiə olunmayıb və yenilənmir ki, bu da softların hakerlər üçün açıq olmasına gətirib çıxarır”, deyə o qeyd edib. Ekspert həmçinin bildirib ki, haker proqramlarının sayı xeyli artıb. “Əvvəllər bu hücum alətləri bir qrup məhdud sayda insanların əlində idisə, indi onların sayı az qala 10 dəfə artıb”. Haker hücumlarının sayı bütün dünyada gündən günə artır, buna görə serverlərin və saytların təhlükəsizliyi məsələsinə ciddi diqqət yetirilməlidir. “Təkcə dövlət resurslarına deyil, şəxsi saytlara da hücumlar artacaq”, Conson belə proqnozlaşdırır. Azərbaycan prezidentinin 5 noyabr 2004-cü il tarixli dövlət saytlarının təhlükəsizliyinin səmərəli müdafiəsi məqsədilə qəbul etdiyi fərmana əsasən bu saytlar Dövlət Obyektlərinin Xüsusi Mühafizə Xidmətinin xüsusi serverində yerləşdirilmişdi. Lakin hücumlar serverin müdafiəsi sistemində “boşluqlar” olduğunu göstərdi, deyə mütəxəssis qeyd edib. Consonun fikrincə, hücumun arxasında bəzilərinin hesab etdiyi kimi, İran kimi böyük qüvvələr durduğunu demək olmaz: “Bu, kiçik ehtimaldır, belə ki, İran indi İnternetə daxili çıxışı məhdudlaşdırır və parlament seçkiləri ərəfəsində öz problemləri ilə məşğuldur. Saytlara hücum İsrail və Səudiyyə Ərəbistanının haker qrupları arasında başlamış virtual müharibənin nəticəsi ola bilərdi. Digər ərəb ölkələrinin hakerləri də bu müharibəyə cəlb olunub. Onlar isə İsraillə yaxşı münasibətləri olan ölkələri hədəf seçə bilərdilər. Sonda ekspert təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağı və bunun üçün həm dövlətin, həm də özəl internet resursları sahiblərinin vəsait xərcləməkdən çəkinməməsini tövsiyə edib.

OXŞAR XƏBƏRLƏR