Amerikalı həmsədr Bakıya gəlir

SİYASƏT
11:28 14.12.2013
1027
Amerikalı həmsədrin Azərbaycan prezidenti İlham Əliyev və bir sıra rəsmilərlə görüşəcəyi gözlənilir
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bu gün Bakıya gəlir. ANS PRESS-in məlumatına görə, bu barədə həmsədr öz şəxsi "twitter" hesabından məlumat verib. Ceyms Uorlik Bakıya gələcəyini və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyini qeyd edib.
Amerikalı həmsədrin səfər çərçivəsində bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, ötən dəfəki səfərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov paytaxtdakı elit restoranlardan birində Ceyms Uorlikə piti ziyafəti vermiş və cənab həmsdər sonradan sosial şəbəkədə yazdığı qeydlərdə bu xörəyi sevdiyini bildirmişdi.

OXŞAR XƏBƏRLƏR