Amerikalı qolfçu mövsümün ən yaxşısı adına layiq görülüb

İDMAN
19:13 11.12.2024
414
Peşəkar Qolfçular Assosiasiyası amerikalı Skotti Şeffleri mövsümün ən yaxşı qolfçusu adına layiq görüb.

28 yaşlı idmançı 2024 mövsümündə 19 turnirdə iştirak edib, 7 titul qazanıb və 16 dəfə "ilk 10-luğ”a düşüb.

S.Şeffler 2007-ci ildən bəri bu mükafatı ardıcıl iki dəfə qazanan ilk oyunçu olub. Ondan əvvəl bunu Tayqer Vuds bacarmışdı.
 

OXŞAR XƏBƏRLƏR