Amerikanın Yaxın Şərq siyasəti - TƏHLİL

Amerikanın Yaxın Şərq siyasəti - TƏHLİL
Bütün Xəbərlər
00:51 28.12.2011
7247

Elmin İsayev

Qafqaz Universiteti

Magistratura və Doktorantura Şöbəsi

Dövlət və bələdiyyə İdarəetməsi

[email protected]/* */Amerikanın Yaxın Şərq siyasətini əsas olaraq İsraillə olan münasibətləri üzərində qurduğunu görürük. Belə ki, Amerika öz iqtisadi və təhlükəsizliyi baxımından yeni dünya sistemini həyata keçirmək qərarına gəlmişdir və bu istiqamətdə Yaxın Şərq siyasətini də görmək mümkündür. Belə ki, bu gün Amerika Yaxın Şərqdə əsasən Ərəb ölkələrini idarə etmək üçün müəyyən siyasətlər həyata keçirmişdir və bu siyasətini də məhz İsrail ilə birlikdə istifadə etməkdədir. Bu siyasətin ta əvvəlki illərdən əsasən Soyuq Müharibədən sonra həyata keçirməyə başlamışdır. Belə ki, Soyuq Müharibədən sonra Sovetlərin dağılması ilə birlikdə dünyaya öz hegemoniyasını göstərmək üçün müəyyən siyasətlər həyata keçirmişdir. Öz siyasətini də həyata keçirdikdə demokratiya ünsüründən məharətlə istifadə etmişdir. 

Amerika Yaxın Şərq siyasətini həyata keçirmək üçün Soyuq Müharibədən sonra bu regionda tərəfdaşa ehtiyacı vardı ki, bu da məhz İsrail olmuşdur. Belə ki, 1947 - 1948-ci illərdə Fələstin torpaqlarında İsrail dövlətinin yaradılmasında Amerikanın dəstəyini görmək mümkündür. Ancaq BMT-nin qətnaməsinə əsasən bu torpaqlarda iki dövlət yaranmalı idi. İndi isə bunun tam əksini görmək mümkündür.

Amerika Yaxın Şərq bölgəsində münaqişələrin yaradılmasında maraqlıdır və bunun da əsas səbəbi Amerikanın neftə olan asılılığıdır. Bu baxımdan Yaxın Şərq dövlətlərini neftə sahib olması Amerikanın bu regionda münaqişələrin davam etməsində marağını ortaya çıxarır. Belə ki, Amerikanın neft maraqları bu gün bu regionda münaqişələrə gətirib çıxarır. Belə ki, 2004-cü ildə Fars körfəzi ölkələrindən Amerika idxal etdiyi neftin 24 %-ni idxal edirdi. Hətta Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat bildirmişdi ki, “Şimal dənizində neft tükəndikdən sonra Amerika Ərəb neftini almaq istəyəcəkdir. Amerikanın öz nefti tükəndikdə isə, Amerika Ərəb neftinə daha da ehtiyac olacaqdır”.

Tarixə baxdıqda 1953-cü ildə İranın baş naziri Musaddık neft hasilatını milliləşdirməyə başladı daha sonra isə Amerika Kəşfiyyat orqanının köməyi ilə devrildi. Bu hadisədən sonra Amerika İrana və İran neftinə nəzxarət etməyinə baxmayaraq Yaxın Şərqə və neftinə nəzarətə ehtiyacı artmaqda idi və bu istiqamətdə İsraillə əlaqələrini daha da inkişaf etdirməyə başlamışdır. 1960-cı ilə gəldikdə isə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən OPEK yaradıldı ki, bu Amerikanın Yaxın Şərqin neftinə nəzarətini itirməsinə səbəb ola bilərdi. 1973-cü ildə isə Ərəb ölkələri Amerikaya neft ixracını dayandırmağa qərar aldılar ki, bu Amerika üçün ciddi təhlükə yaradırdı. Belə olduğu təqdirdə Amerika İsrail faktorundan istifadə etməyə başlamışdır. Belə ki, İsrail 1981-ci ildə İraq ərazisini bombalamağa başladı və 1982-ci ildə Livana hücum etdi ki, hər dəfə də İsrailə Amerika hər bir köməklik göstərməkdə idi.

Daha sonra isə Amerika öz Yaxın Şərq siyasətini yürütmək üçün 2001-ci ildə Əfqanistana müdaxilə etməyə başladı. Əfqanistana müdaxilə etməsinin üzdə görünən səbəblərinin başında 11 Sentyabr hadisələri dururdu. Belə ki, 11 sentyabr hadisəsini Ussadin Belladin öz üzərinə götürdü və Əfqanistanda Taliban rejiminə başçılıq etdiyindən Əfqanistana müdaxilə etmiş oldu. İkinci bir səbəb isə Əfqanistanda insan hüquq və azadlıqlarının olmamağı idi ki, bu gün Amerika siyasətini yürütmək üçün demokratik dəyərlərdən, insan hüquq və azadlıqlarından istifadə etməkdədir. Bunlarla birlikdə müdaxilənin gizli tərəfləri də mövcud idi bunlardan birincisi İraqa müdaxiləsi idi. İkinci bir səbəb isə neft yataqları üçün tranzit marşrut əldə etmiş oldu. Digər səbəb isə İranı nəzarəti altında saxlamaqdır. Bununla birlikdə Əfqanistanda çoxlu sayda almaz yataqları mövcuddur ki, bu səbəbdən müdaxilə etmişdir.

Əfqanistana müdaxilə etməsi ilə Amerikanın dünyadakı əsgəri xərclərin 46%-ni, müdafiə xərclərin isə 53% təşkil edirdi. əsgəri xərclər yalnızca silah-sursat, texnika almaqla deyil, yeni silahların kəşfi üçün xərcləyirdi.

Hazırda Amerikanın əsas məqsədi İraqda və Yaxın Şərqdə əldə etdiyi neftin nəyin bahasına olursa olsun qorumaqdır. Bu baxımdan Amerikanın dəstəyi ilə Tunisdən Misirdə hakimiyyət dəyişdirildi və bu siyasət hal hazırda bütün Ərəb ölkələrinə yayılmaqdadır.

OXŞAR XƏBƏRLƏR