Amrahbank fəaliyyətinin 26 ilini öz yeni binasında qeyd etdi

Amrahbank fəaliyyətinin 26 ilini öz yeni binasında qeyd etdi
İQTİSADİYYAT
12:04 30.12.2019
4436
28 dekabr 1993-cü ildə fəaliyyətə başlayan, artıq 26 illik tarix və zəngin təcrübə ilə bir çox mühüm nailiyyətlər əldə edən Amrahbank hazırda Azərbaycanın ilk bankları sırasında olmaqla ölkənin aparıcı banklarından biridir.

AZXEBER.COM xəbər verir ki, dekabrın 28-də Amrahbank fəaliyyətinin 26 ilini Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşən öz yeni binasında qeyd etdi. Tədbirdə çıxış edən Bankın Müşahidə Şurasının sədri cənab Yunis İldırımzadə "Amrahbank”ın yaranma tarixindən, keçdiyi inkişaf mərhələlərindən, son illərdə Azərbaycanın bank sektorundakı ümumi vəziyyətdən danışaraq "Amrahbank”ın 26 yaşının tamam olması münasibətilə Bankın bütün kollektivini ürəkdən təbrik etdi, onlara Bankın fəaliyyətində sərf etdikləri əməklərinə görə  öz minnətdarlığını bildirdi, gələcək işlərində uğurlar arzuladı.

Qeyd edək ki, ölkənin müstəqilliyi ərəfəsində və müstəqil dövlətimizin ilk illərində bir çox çətinlikləri geridə qoyaraq, sonrakı illərdə ölkədə yaranan sabitlik və iqtisadi inkişaf şəraitində fəaliyyətini genişləndirən Amrahbank, on minlərlə müştəriyə ən geniş çeşiddə xidmətlər göstərən universal bir banka çevrilmişdir.

Bankımız müştərilərə geniş çeşiddə bank xidmətlərini təklif edir. Təklif olunan xidmətlərin sırasına hüquqi və fiziki şəxslər üçün cari hesabların açılması, kreditlərin verilməsi, sənədli əməliyyatların aparılması, əmanət hesablarıının açılması, plastik kartlar üzrə əməliyyatlar, beynəlxalq və yerli pul köçürmələri, hesbalaşma-kassa əməliyyatları, inkassasiya xidmətləri və s. daxildir.

Bankın səhmlərinin 45.84% pay ilə Bəhreyndə yerləşən "Beynəlxalq İnvestisiya Bankı”na (BİB) aid olması da  "Amrahbank”ın fəaliyyətinin müxtəlif istiqamətlərində böyük rolu olmuş, eyni zamanda Bankın  bir çox aparıcı maliyyə təşkilatları ilə sıx münasibətlər qurulmasında geniş imkanlar açmışdır.

Amrahbank ölkədə ən geniş filial şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda baş ofisi də daxil olmaqla 23 filialı fəaliyyət göstərir, bunlardan 17-i Bakı şəhərində, 8-ı isə ölkənin regionlarında yerləşir. Bankın inkişaf tarixinə aid mühüm hadisələrdən biri də 2019-cu ilin iyun ayından etibarən Bankın yeni inzabati binasının istifadəyə verilməsi oldu.  Qeyd edək ki, Bankın yeni binası Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşir.  "Amrahbank”ın 11 mərtəbəli  yeni binası 10 min kvadrat metrdən çox sahəni əhatə edir.

Amrahbank bir sıra ixtisaslaşmış təşkilatların, o cümlədən  Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Banklararası Valyuta Birjasının, VİSA, MasterCard Beynəlxalq Ödəniş sistemlərinin, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun , Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun, Azericard Prosessinq Mərkəzinin və s. üzvüdür.

Qeyd edək ki, "Amrahbank”ın yaranma günü münasibətilə mövcüd olan bayram əhval ruhiyyəsi iş saatından sonra keçirilən korporativ tədbirlə davam etdirildi. Unudulmaz anlar yaşayan Amrahbank kollektivi fəaliyyətlərinə görə Bankın rəhbərliyi tərəfindən müxtəlif növ nominasiyalar üzrə sertfikatlarla da təltif edildilər.

Amrahbank fəaliyyətinin 26 illiyi münasibəti, eləcə də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylık Günü və 2020-ci il Yeni Təqvim İli münasibətilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir,  bankla əməkdaşlıq etdikləri üçün onların hər birinə təşəkkür edir, gələcək işlərində yeni-yeni  uğurlar arzulayır.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
07:28 17.10.2026
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?