AZXEBER.COM portalının “Posta” qəzetinin internet nəşrinə istinadən verdiyi xəbərə görə, polis 2010-cu il 20 dekabr tarixində Adana şəhərinin Topala məhəlləsindəki meşəlik ərazidən tapılan çılpaq uşaq şəkillərinin kimə aid olduğunu ortaya çıxardıb.
Əməliyyat-axtarış tədbirləri zamanı, bu fotoşəkillərin 14 və 21 yaşları arasında olan S.D, G.D və N.D bacılarına aid olduğu ortaya çıxıb. Polis şəkilləri çəkənin isə, qızların anası 62 yaşlı F.T olduğunu təstiqləyib. Hadisə ilə bağlı qızlardan izahat alan polis, maraqlı faktlar ortaya çıxardıb. Belə ki, qızlar analarının onları zorla fahişəliyə məcbur etdiyini və öz müştərilərinin önündə çılpaq şəkillərini çəkdiyini söyləyib. Dindirmələr zamanı təqsirləndirilən şəxs, etdiyi əməlləri boynuna alıb.
Qeyd edək ki, məhkəməyə çıxardılacaq qadının 90 il azadlıqdan məhrum ediləcəyi gözlənilir.
{jcomments off}