Ana 9 yaşlı oğlunu döyüb yandırdı

DÜNYA
14:47 09.02.2015
4351

Övladının üzərinə benzin tökdü.

Ermənistanın paytaxtı İrəvanda ana öz 9 yaşlı oğlunu döyüb və yandırıb.AZXEBER.COM erməni KİV-ə istinadən xəbər verir ki, “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin reanimasiya şöbəsinin müdiri Qaqik Manukyanın sözlərinə görə, fevralın 9-da səhər saatlarında xəstəxanaya 9 yaşlı İrəvan sakini Nor Nork gətirilib.

“Oğlan əməliyyat olunub. Uşağın başı zədələnib və yanıq xəsarətləri var. Hazırda uşaq reanimasiya şöbəsindədir. Onun vəziyyəti sabit ağır olaraq qalır”.

Həkimin sözlərinə görə, anası oğlunu döyüb, sonra isə onun üzərinə benzin tökərək, yandırıb.

OXŞAR XƏBƏRLƏR