Ana bətnində məhv edilən qızlar - Bu gün onların günüdür

Ana bətnində məhv edilən qızlar - Bu gün onların günüdür
SOSİAL
12:45 11.10.2016
4377

 

Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd edilir.

Bu günün dünyaya gələn qız uşaqları sabahın gənc qızları, analarıdır. Təəssüflər olsun ki, bəzi ölkələrdə qız uşağının dünyaya gəlməsi bir o qədər xoş qarşılanmır. Statistik məlumatlarda qız uşaqlarının sayının azaldığı qeyd edilir. 

Xüsusilə, bəzi Şərq ölkələrində - Hindistanda, Çində, ərəb ölkələrində ailələr qız uşağını dünyaya gətirmədən, bətndəcə məhv edirlər. Son illər bu proses Azərbaycanda da müşahidə edilir. 

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə doğulan 166,2 min körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,4 təşkil edib. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub. 

2016-ci ilin yanvar-iyul ayları ərzində ölkədə 91,5 min, yaxud hər gün orta hesabla 430 doğulan körpə qeydə alınııb. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. 

Hamiləlik dövründə ailənin dölün cinsiyyətinin öyrənməsi son halda qız uşaqların abort edilməsi ilə nəticələnir. Ultrasəs (USM) müayinəsindən sonra qız olduğunu biləndə valideynlərin çoxu hamiləliyi dayandırmaq qərarına gəlir. Azərbaycanda uşaqların cinsiyyətinin əvvəlcədən öyrənilməsinə qadağa qoyulmasına baxmayaraq, valideynlər xəstəxanalarda USM cihazları vasitəsilə bunu öyrənirlər. Nəticədə uşağın qız olduğunu bilən ana aborta gedir.

Eyni zamanda qız uşaqlarının erkən yaşlarda ailə qurması və uşaq dünyaya gətirməsi halları ölkəmizdə yetərincə hiss olunur. Belə ki, 2015-ci ildə 68 min 773 nikah bağlanıb ki, bunun da 391-i erkən nikahdır. 2014-cü ildə isə 84 912 nikah bağlanıb və onun 479-u erkən nikahdır: 

Eyni zamanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayında nisbətən azalma müşahidə edilir. 2014-cü ildə yeniyetmə yaşlı qızlar tərəfindən 3296 uşaq dünyaya gətirilibsə, 2015-ci ildə bu rəqəm 2895 olub. Lakin bu yaşda olan qadınlar tərəfindən aborta gedilməsi halları da az deyil. Belə ki, ötən il 15-17 yaş arasında olan 50 yeniyetmə aborta gedib.

BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin bildirib ki, bu il Qız Uşaqları Beynəlxalq Gününün mövzusu "Qızların inkişafı - Məqsədlərin inkişafı: Qlobal Məlumat Hərəkatı"dır. "Bu hərəkat çərçivəsində qızların həyatı üçün zəruri olan məlumatların əldə edilməsi dünyada yaşayan hər bir qız uşağının həyatının dayanıqlı inkişaf üçün mühüm olduğunun bir nümunəsidir. 

Yeniyetmə qızların həyatlarına sərmayenin qoyulması onlara məktəb təhsilini davam etdirmək, yeni bacarıqlara yiyələnmək, erkən nikahların qarşısını almaq, daha az və daha sağlam uşaq həyata gətirmək, ailələri və icmalarına yardım etmək üçün daha çox qazanc əldə etməyə şərait yaradır. Bu sərmayelərin maksimum nəticələri və təsiri olması üçün, eləcə də sərmaye nəticəsində əldə edilmiş nailiyyətlərin izlənməsi üçün, yüksək keyfiyyətli məlumatlara ehtiyac var. Biz BMT-nin Əhali Fondu olaraq yeniyətmə qızların öz potensiallarını tam şəkildə reallaşdırması üçün və onların taleyinin özləri tərəfindən təyin edilməsi üçün öz dəstəyimizi davam etdirəcəyik. Hər bir qız övladının həyatı vacibdir".

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi