Ana və uşaq ölümündə günahkar hesab edilən həkim danışdı

Ana və uşaq ölümündə günahkar hesab edilən həkim danışdı
Bütün Xəbərlər
14:50 14.05.2013
14554
Respublika Perinatal Mərkəzində baş verən ana və uşaq ölümü ilə bağlı günahkar hesab edilən cərrah Ruslan Şamilov Movqe.az-a danışıb. R. Şamilov bildirib ki, mayın 14-də səhər saatlarında Respublika Perinatal Mərkəzində qeysər əməliyyatı zamanı 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Umudvar qızı doğulmamış uşaqla birlikdə vəfat edib. R. Şamilov ananın ürəyində heç bir problem olmadığını, yoxlanılaraq əməliyyata götürüldüyünü söyləyib: "Səhərə yaxın mənə zəng etdilər ki, hamilədə qanaxma var. Mən təcili xəstəxanaya gəldim. M. Fətəliyevanı lazımi müayinələrdən keçirərək əməliyyat otağına apardıq. Əməliyyatın 35-40-cı dəqiqəsində qəfil qadının ürəyi dayandı. Tibbi yardım göstərilsə də, xəstənin və uşağın həyatını xilas edə bilmədik. Bizim ilkin gəldiyimiz qənaətə görə, M. Fətəliyeva "tromboemboliya” dan keçinib. Belə halda tromp damarları tutur qan ürək qanla qidalanmır. Qan laxtası ağciyərin funksiyasını pozur,nəfəs dayanır. M. Fətəliyeva mayın 11-də fəsadlaşmış mamalıq anamnezi diaqnozu ilə hamiləyinin 23-24 həftəsində Mərkəzə daxil olub. Bu hadisə mənim yaxud narkoz həkiminin günahı üzündən baş verməyib. Biz hesab edirik ki, bu ölümə səbəb tromboemboliyadır. Amma yenə SN-nin Doğuşa Yardım Komissiyası ölümün baş vermə səbəbini araşdırıb ekspertiza rəy verəcək”.
OXŞAR XƏBƏRLƏR