Ana övladını aclıqdan öldürdü - FOTO

Ana övladını aclıqdan öldürdü -  FOTO
Bütün Xəbərlər
16:40 04.10.2013
1476

4 yaşlı uşaq 9 aylıq körpənin çəkisində olub

Ana uşağını aclıqdan öldürdü. İngiltərədə 43 yaşlı Amanda Hutton spirtli içki aludəçisi olduğundan kiçik oğlu Hamza Hanı yedizdirməyi unudub. Nəticədə 9 aylıq körpənin çəkisinə olan 4 yaşlı uşaq ölüb.

Bu azmış kimi "ana" uşağın cəsədini 2 il çarpayısında saxlayıb. 5 və 13 yaş arası 5 uşağına isə məktəbdə Hamzanın əmisigildə olduğunu demələrini tapşırıb. Bu arada evə gələn tibb işçilərinə isə evə girməyə icazə verməyib. Hadisənin üstünü isə evdən kəskin qoxu gəldiyini hiss edən qonşular açıblar. Belə ki, onların çağırdığı polis mənzildən körpənin qalıqlarını aşkar ediblər. Qadının 24 yaşlı böyük oğlu da anası ilə birgə körpənin cəsədini gizlətməkdə ittiham edilir. (anspress)

OXŞAR XƏBƏRLƏR