AZXEBER.COM-un məlumatına görə, bununla bağlı "WUF13Azerbaijan"ın "X" sosial şəbəkəsindəki rəsmi hesabında videoçarx və məlumat paylaşılıb.
"Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) açılışı ərəfəsində "UN-Habitat"ın icraçı direktoru Anaklaudia Rossbax dayanıqlı urbanizasiya üzrə aparıcı qlobal forumun iştirakçılarını salamlayır", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, dünyanın 180-dən çox ölkəsindən 40 000-dən artıq insanın qeydiyyatdan keçməsi hər kəsin adekvat yaşayış sahəsi ilə təmin olunması məsələsi üzrə qlobal dialoqu irəli aparmağa böyük imkan yaradacaq.
Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
As #WUF13 prepares to open tomorrow in Baku, UN-Habitat Executive Director @AnacludiaRossb1 welcomes the world to the premier global forum on sustainable urbanization.
— World Urban Forum (@WUF_UNHabitat) May 16, 2026
With 40,000+ registrations from 180+ countries, WUF13 will advance dialogue on adequate housing for all. pic.twitter.com/oCl07JuhRZ











































