"Anam atamın məzarında dedi ki, Ramal səhnəyə qayıtdı" - VİDEO

"Anam atamın məzarında dedi ki, Ramal səhnəyə qayıtdı" - VİDEO
MAQAZİN
13:31 01.05.2026
240
Uzun zamandır efirlərdən uzaq qalan müğənni Ramal İsrafilov "İncə səhər" verilişində qonaq olub.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi süni intellekt vasitəsilə uşaqlığı ilə üzləşərək onun suallarını cavablayıb.
 
Müğənni atasını xatırlayarkən kövrək anlar yaşayıb:
 
"Zamanında atamla çox vaxt keçirirdim, onun yanında musiqiçi kimi böyüdüm, hər şeyimi ona deyirdim. Ürəyimdə deyiləcək çox sözüm var, amma atama deyə bilmirəm. İndi bilsin ki, hər şey yaxşı olacaq, məndən narahat olmasın.
 
Mən 4-5 il sənətə ara verdim, Onda atam deyirdi ki, yatma, sən səhnədə olmalısan. İstərdim ki, atam bugünkü uğurlarımı görsün. Atamın məzarına gedəndə anam ona dedi ki, Ramal artıq səhnəyə qayıdıb, narahat olma".
 
Aysel
OXŞAR XƏBƏRLƏR