"Elə şey olar ki, mən anama kömək etməyim? Anam yaşadığı evdən ayrılmaq istəmir. Rəhmətə gedən qardaşımın balaları və həyat yoldaşı ilə birlikdə orada yaşayırdı. Deyir ki, balamın iyini buradan alıram”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib. Sənətçi anası Südabə Allahverdiyevanın yaşadığı mənzildən çıxarılmasından danışıb:
"Torpaqlarımız işğal olunanda məcburi köçkün kimi bu binaya sığındıq. Burada heç kim yaşamırdı, quru divar idi. Mən də öz pulumla qapı-pəncərə qoydurdum, təmir etdirdim. Sonra ev alıb köçdüm, anam və qardaşım balalrı ilə burada qaldı. İndi mənzilin sahibi məhkəmə yolu ilə evi alıb. Alsınlar, bir söz demirəm. Amma dörd adamı küçəyə atırlar. Heç olmasa, onlara ev verilsin. Anama deyirəm, gedib mənim yanımda yaşa, amma gəlmir, istəmir”.
Qeyd edək ki, S.Allahverdiyevanın yaşadığı evdən çıxarılması haqda xəbəri ölkə.az saytı yazıb.