"Anama söz vermişəm ki, düzgün danışacam" - Həbsdə olan MTN polkovniki

"Anama söz vermişəm ki, düzgün danışacam" - Həbsdə olan MTN polkovniki
SOSİAL
13:16 05.09.2017
953

 

Dələduzluqda təqsirləndirilən keçmiş MTN polkovniki Vüqar Güləli və onunla birgə ittiham olunan Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində keçmiş polis əməkdaşı  Əlihüseyn Mahirov ifadə verib. 

O bildirib ki,  bu şəxslər onun oğlunu həbsdən buraxacaqları adı ilə pul alıblar: "Ceyhun zəng etdi ki, oğlumun həbsdən azad olmasına görə 5 min manat gətirməlisən.  Pulu birtəhər düzəltdim. Guya bunlar oğlumu həbsdən buraxdıracaqdılar. Mən daha sonra bildim ki, 147 min manat verilib. Pulu Ceyhun İbayev alıb. Vüqar Əsədov mənim başıma oyun açıb. Məni Lənkərana və Lerikə apardı. Guya orada onun əmisi işi həll edəcəkdi. Ceyhun İbayev mənim qohumumdur. Günah ondadır. Çünkü pulu almışdı, gərək mənə də bu barədə deyərdi. Məndən qorxduğu üçün demədi". 

Təqsirləndirilən C.İbayev bildirib ki, pulun geri qaytarılması ilə bağlı V.Güləli 30 min manatı öz boynuna götürüb: "Vüqar dedi ki, həbsdə olan şəxsin oğlu gəlsin. Daha sonra Vüqar söylədi ki, gedib bir nəfərlə görüşüb, pulu gətirəcək. Vüqar o gedən getdi".

Digər təqsirləndirilən V.Güləli isə 147 min manat pul zərərçəkmiş Səriyyə Tahirovadan almadığını qeyd edib: "Bizdə evdə bu barədə söhbət də gedib. Bu puldan 77 min manatdan xəbərim olub. 7 mini işi həll etmək üçün vermişəm. 47 mini isə Vüqar Əsədova vermişəm. Anama söz vermişəm düzünü danışacam. Gərək haqqla danışaq".

Məhkəmə sentyabrın 14-ə təyin edilib.

Qeyd edək ki, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.

Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər. C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O Laçən rayon MTN şöbə rəisi olub.

V.Əsədov isə

Pentensiar Xidmətini sabiq əməkdaşı vəzifsində çalışıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
11:34 12.09.2025
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı