Anan ölsün Cimi, nə günə qaldın sən?

Anan ölsün Cimi, nə günə qaldın sən?
Bütün Xəbərlər
17:15 16.04.2014
2320
Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev müəllifi və aparıcısı olduğu “Mövqe”verilişinin növbəti buraxılışında AXCP sədri Əli Kərimliyə qarşı sərt çıxış edib.
AZXEBER.COM həmin çıxışı təqdim edir***Dünyanın sonunu, yəni axirətin gəlişini bildirən ən böyük əlamət inanın ki, sellər, daşqınlar, fırtınalar, fəlakətlər deyil. Hətta deyim ki, yerlə göyün birləşməsi, insanların qəbirdən xortlayıb qıl körpüsünsən keçmələri, ya da canım sizə desin - şərin xeyir üzərində qalibiyyəti və ya cəhənnəmlə cənnətin bizlər üçün bir an içində bölgüsü - filan da deyil. Axirətin yaxınlaşdığını bildirən ən böyük əlamət bilirsinizmi nədir? – AXCP sədri Əli Kərimlinin siyasi taktikadan danışması, kimlərəsə başından və yaşından böyük məsləhət verməsi və ən nəhayət eynən bizlər kimi adam dilində “facebook”statusu yazıb “Ukraynanı xilas etməliyik”- ritorikasına girməsidir. Və inandırım sizi, bu söhbətdən sonra gözləyirdik ki, göydən yerə ya daş yağacaq, ya da məqamındaca dünyanın sonu gələcək.Amma hələ ki, bu söylədiklərimdən heç biri baş verməyib.Nə möcüzədirsə…***Adam dili demişkən, bir lətifəni xatırladım. Demək bir gün ayı sirkə gəlir və müdirə deyir məni işə götürə bilərsən? Müdir də qayıdır ki, sən bir fövqəladə istedad göstər, dərhal götürüm səni işə. Ayı eyni sualı bir də təkrarlayır: “Məni işə götürərsən?” – Və yenə də eyni cavab. Əlqərəz, iki, üç, dörd, beş və…nəhayət həmin cavab müdir tərəfindən növbəti dəfə səslənəndə artıq ayı dözmür və deyir: “Ay insan, mən ayıyam e. Yəni heyvan. Sualımı isə sənə düz 5 dəfə adam dilində vermişəm. Bundan artıq istedadmı istəyirsən?”İndi misalı Kərimliyə yaxın, adam öz “facebook”statusunda belə bir qeyd verib ki, Ukraynanı hazırki məşəqqətlərdən qorumaq üçün nə yeni hökümətin səyləri yetdi, nə də xalqın özünün istedadı.Bax belə yerdə deyiblər: “Anan ölsün Cimi, nə günə qaldın sən?”. Və ya bədbəxt Ukrayna! - Gör hansı duruma gəldin ki, artıq səni uğursuzluğun simvolu olan Əli Kərimli belə müzakirəyə çıxarır, təftiş eləyir, məsləhət verir, səhv tutur, yönləndirir…Kərimli Ukrayna xalqını qeyri-praqmatik olmaqda və istedadsızlıqda suçlayıb. Eynən o bir az öncə danışdığım ayı söhbətinə bənzər istedadsızlıqda. Oysa şəxsən mənə çox maraqlıdır: Neynəməli idi Ukrayna xalqı? Daha doğrusu, bundan artıq neyləyə bilərdi Qərbin fitfasına gedən və toruna düşən o yazıqlar? Və ən nəhayət, bir millətin, bir xalqın nümayəndəsi mümkün olan bütün çabaları və cəhdləri gözü yumulu şəkildə ortalığa qoyursa, üstəgəl öz dövləti vəmilli mənsubiyyəti naminə günahsız yerə döyülürsə, söyülürsə, əzilirsə,qırılırsa, ölürsə -bunun adı fədakarlıq deyil, bəs nədir? Daxildən gələn genetik istedad deyil, bəs nədir? Və ya bundan ötəsi olurmu? Məncə olmur. Olursa da sənin təbirincə olur, Əli Kərimli! Misal üçün, insanları gənc yaşında siyasətə müxalifətçi kimi gətirib elə müxalifətdəcə pensiya yaşına çatdırma istedadı, illər boyu yol qət etdiyi əqidədaşlarını özünə sərf edən vaxt anındaca 5 qəpiyə satma istedadı, öz lideri haqqında –onu bu günlərə gətirən lideri – həm də həmin liderin ölüm qabağı-rüsvayçı kasetlər, disklər yazdırıb külli aləmə yayma istedadı, nə var-nə var azca pul-parası var deyə İbrahimbəyov soyadında bir ermənipərəst naşının, rejissorun qılığına girmə istedadı, ya da Cəmil Həsənli adında birini düz 3 dəfə partiyadan rüsvaycasına qovub, sonra eyni üsulla da qaytarıb, hələ ardınca onu utanmadan özünə ağsaqqal eləmək istedadı və s ilaxır… Diapazon bax bu qədər böyükdür. Və deyim ki, sadaladığım eyni adlı istedad nümunələrinin qarşılığında nəinki bəyin “facebook” statusunda istinad elədiyi ukraynalılar, hətta tutaq misal üçün bombeylilər, induslar, çukçalar belə heyrət və qibtə şokuna çox rahat şəkildə, üstəgəl gözü yumulu girə bilərlər…Hələ eyni adlı statusdakı növbəti ştrixlərə baxın. Daha doğrusu diqqət edin: “Ən yaxşı halda Ukraynanın ərazi bütövlüyü xeyli itki hesabına bərpa olunacaq, ən pis halda isə hər hansı bir qüvvə tətbiqi belə əhəmiyyət daşımayacaq”.Ay maşallah. Başqa nə qaldı ki? Ortalıqda elə iki variant vardı da...Və ya, Əli Kərimli! Sənin misalın bilirsənmi nəyə bənzədi? O futbol proqnozları olar e – ya o udacaq, ya bu, ya da heç-heçə olacaq. Yəni bütün mümkün variantların ifadəsi - Bax, təxminən o söhbətə.Bilmirəm, Ukraynanı qınamaq, təftiş eləmək, müzakirəyə çıxarmaq hardan ağlına gəlib. Amma inan, ukraynalıların sənin kimi lideri olsaydı həmin lider özünü ya çoxdan asardı, ya da başına yaylıq bağlayıb gəzərdi. Ən azından bu qədər uğursuzluğun, rəzilliyin və fiaskonun sonucunda!Səhv eləmirəmsə Prezident seçkiləri öncəsi idi. Müsavat funksioneri Arıf Hacılı belə bir bəyənat səsləndirmişdi: “Rus ordusunu Çeçenistandan çıxarmaq lazımdır”. Elə o vaxt həmin səslənişə xitabən dərhal söyləmişdim ki, siz gedin ilk öncə İsa Qəmbərin maşınını 3-4 gündür yatıb qaldığı “ştrafnoy”dan çıxarın, sonra gedib rusu çeçen ərazisindən çıxararsınız…Bax, bu gün də eyni durum, eyni “hava” sənin əhvalına uyğundur, Əli Kərimli! Və ya get birinci adını, reputasiyanı, hərflərinin sayı üzvlərinin sayından çox olan partiyanı, iki tək bir cüt elektoratını qoru qurtar, sonra gedib Ukraynanı qoruyarsan.Və ən nəhayət….Allah xətrinə, burdakı camaatı illuzion bəyənatlarınla 25 ildir dəng etdiyin azmış kimi, bir də ordakıları öz sərsəm açıqlamalarınla həyatdan küsdürmə. Onsuzda yazıqlara dəyən dəyib. Bədbəxtlər qoy oturublar, oturduqları yerdə….
OXŞAR XƏBƏRLƏR