Türkiyədə Ebru adlı qadının 6 yaşlı oğluna etdiyi hərəkətlər görənləri dəhşətə gətirib
Ana öz doğma oğlunu servis avtobusuna gecikdiyinə görə paltar kəndiri ilə öz maşınının arxasına bağlayıb. Qonşuların dediyinə görə, qadın təxminən 100 metr öz oğlunu maşının arxasında sürüyüb.
Qadından polisə şikayət edilib. O, polislər tərəfindən saxlanılıb.
Bilgisayar mühəndisi olan qadın bu hərəkətini uşağına cəza olaraq etdiyini, övladına işgəncə vermədiyini bildirib. Boşandığı əri də hadisə yerinə gəlsə də, uşağı atasına deyil, müvəqqəti olaraq uşaq evinə veriblər.
///Milli.Az