cinayət hadisəsin Oktyabrın 15-də Bakıda bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nərimanov rayonu ərazisindəki "Çanaq Qala" restoranında şəhər sakini Səməd Mənsimov xuliqanlıq zəminində həmyerlisi Nicat Həsənova bıçaqla ayaq nahiyəsindən xəsarət yetirib.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Mənsimov tutulub.