Bu gün Azərbaycanda Atatürk Mərkəzində 18 mart – Çanaqqala Dəniz Zəfərinin 98-ci ildönümü və Türkiyədə rəsmi şəkildə qeyd olunan şəhidləri anma günü münasibəti ilə konfrans keçirilib. AZXEBER.COM-un məlumatına görə, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən düzənlənən “Türkün qəhrəmanlıq dastanı: ÇANAQQALA” adlı tədbir şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. Çıxış edən TUMİB sədri Çingiz Bayramlı Çanaqqala Zəfərinin türk milləti və ümumən Türk Dünyası üçün önəmi barədə danışıb.
Çıxış edən “Yeni Nəsil” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin Sədri Kamallı Atatürk Çanaqqala tək Türkiyyənin deyil Ümumiyyətlə türkəm deyən hər bir şəxsin Zəfəridir. Bununla “Yeni Nəsil” GİD İB nin Sədri eyni zamanda vurğuluyub ki bizim üçün Çanaqqala ,Xocalı ildə bir dəfə deyil hər gün olmalıdır. Bugünkü tədbirdə gənclərin – ayrı-ayrı universitetlərdə təhsil alan tələbələrin və gənclər təşkilatları təmsilçilərinin iştirakını vurğulayaraq sözə başlayan millət vəkili, ABAİ İB sədri Qənirə Paşayeva məhz gənc nəslin Çanaqqala savaşı, çanaqqala zəfəri, ümumən Çanaqqalada yaşananların mənası, mahiyyəti barədə bilgili olmasının gərəkliliyini qeyd edib. O, Çanaqqalada şəhid olan azərbaycanlılar, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında şəhid olan Qafqaz İslam Ordusunun əsgərlərinin nə üçün savaşdıqlarını, öz doğma yurdlarından minlərlə km uzalqarda nə üçün savaşa atıldıqlarını gənclər tərəfindən öyrənilməsi vacib məsələ kimi xarakterizə edib. Millət vəkili əslində Çanaqqala Zəfərinin 98-ci ildönümü münasibəti ilə yalnız türk Türkiyəli qardaşlarımızı deyil, bütün Türk Dünyasını, müsəlman aləmini və bütün tərəqqipərvər bəşəriyyəti təbrik etmənin anlamlı olduğunu deyib. Sonra Azərbaycanda Atatürk Mərkəzinin İctimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı, Türkiyə Böyükelçiliyinin müstəşarı Rza Kağan Yılmaz, MİNARın Azərbaycandakı koordinatoru Raqif Sarı, gənclər təşkilatlarının rəhbərləri, tələbələr çıxış ediblər.