Anar Ağakişiyev türkiyəli məşhurları bu qiymətə bəzəyir

Anar Ağakişiyev türkiyəli məşhurları bu qiymətə bəzəyir
ŞOU-BİZNES
11:42 11.03.2024
473
Əl işləri ilə hər kəsi özünə heyran qoyan stilist Anar Ağakişiyev maraqlı açıqlama verib.
 
AZXEBER.COM xəbər verir ki, "Rəngarəng səhər"də qonaq olan stilist türkiyəli məşhurları makijay edərkən qazandığı məbləği açıqlayıb.
 
O, bu məbləğə təyyarə biletinin aid olmadığını deyib:
 
"Həm Demet Akalını həm da Bülent Ersoyu bəzəyərkən çətinlik çəkmirəm. Qaldı ki, qiymətə, bu qiymət Bakıdakından bir az artıq olur. Çünki Türkiyəyə gedərkən mən zamanımı itirirəm. Onu da deyim ki, təyyarə biletimi də qarşı tərəf alır. Əl işim üçün isə aldığım məbləğ 1000-1500 dollar arasında dəyişir. Bu qədər əziyyət çəkirəm, məncə bu pul haqqımdır".
 
Aysel
OXŞAR XƏBƏRLƏR