Anar Bayramovdan yeni - Təyinat

Anar Bayramovdan yeni - Təyinat
SOSİAL
22:40 03.07.2026
174
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni departament müdiri təyin edilib.

AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsinə Şahin Cavanşir oğlu Hüseynov təyin olunub.

Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. 

Qeyd edək ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli ötən ay vəzifəsindən azad edilib. 
OXŞAR XƏBƏRLƏR