Anar Kərimov: “Gələn il Şuşada konsert, Cıdır düzündə Çövkən oyunu keçirəcəyik”

MƏDƏNİYYƏT
11:58 09.11.2020
194

"Dünən şanlı ordumuz Şuşamızı bizə qaytardı. 28 illik həsrətdən sonra Şuşa tarixi sahiblərinə qayıdıb”.

Bunu Birinci Fəxri Xiyabanda Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bir qrup mədəniyyət və incəsənət xadimi ilə birgə Ulu Öndərin və Qarabağ - Şuşadan olan dahilərimizin məzarlarını ziyarət edərkən deyib.

Onun sözlərinə görə, dahi şəxsiyyətlərimizin ruhları şad olsun ki, artıq Şuşa azaddır:

"Əminəm ki, gələn il Şuşada konsert, Cıdır düzündə çövkən oyunu keçirəcəyik. O Cıdır düzü ki, o, mənfur düşmən tərəfindən murdarlanmışdı”.

OXŞAR XƏBƏRLƏR