ANAR MƏMMƏDOVUN “AZADLIQ” və “YENİ MÜSAVAT”la MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ SON DURUM

MARAQLI
15:08 22.12.2010
3414

Anar Məmmədov qəzetləri onun restoranda ayı kəsdirdiyini və Dubaydan qovulduğunu iddia edən yazılara görə məhkəməyə verib.

“Media forum” saytının məlumatına görə, hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən iclasda cavabdeh tərəfin vəkili Vaqif Hüseyn işə Nizami Rayon Məhkəməsində baxılması vəsatəti qaldırıb. Hakim vəsatəti təmin etməyib. Vaqif Hüseyn 10 gün ərzində apellyasiya şikayəti vermək üçün bu qərarın yazılı təqdim olunmasını istəyib. Bu vəsatət də təmin olunmayıb.

Məhkəmə araşdırması gələn il yanvarın 13-də başlayacaq.

OXŞAR XƏBƏRLƏR