Ən çox sevilən bürclər

Ən çox sevilən bürclər
MARAQLI
00:26 20.09.2026
35
Bəzi insanlar var ki, onları ilk dəfə görən kimi özünüzü rahat hiss edirsiniz. Hətta bəzən heç söhbət etmədən, sadəcə davranışları və enerjiləri ilə insanda xoş təəssürat yaradırlar. Astrologiya ilə bağlı şərhlərə görə, bəzi
bürclərin nümayəndələri ilk tanışlıq zamanı qarşı tərəfdə məhz belə hisslər yarada bilər.

Astroloji yanaşmalarda insanlarla asan ünsiyyət quran və qısa müddətdə yaxınlıq yaradan 4 bürc xüsusilə qeyd olunur.

Tərəzi

Tərəzilər münasibətlərdə qarşı tərəfi yormamağa və gərginlikdən uzaq durmağa çalışmaları ilə xarakterizə olunur. Onlar mübahisələrdə daim özlərinin haqlı olduğunu sübut etməkdənsə, ortaq məxrəcə gəlməyə üstünlük verirlər.
Tərəzilərin digər diqqətçəkən xüsusiyyəti isə qarşılarındakı insana dəyərli olduğunu hiss etdirmələridir. Söhbət zamanı diqqətlə qulaq asır, deyilənləri xatırlayır və qarşı tərəfə səmimi maraq göstərirlər. Bu xüsusiyyət onların yeni tanışlıqlarda tez yaxınlıq qurmasına səbəb ola bilər.

Xərçəng

Xərçəng bürcünün əsas xüsusiyyətlərindən biri diqqətli olması və insanların söylədiklərini unutmamasıdır. Qarşı tərəfin bir müddət əvvəl danışdığı məsələni aylar sonra belə xatırlaya və onunla bağlı maraqlana bilər.
Xərçənglər xüsusilə çətin günlərdə yaxınlarının yanında olmağa meyilli kimi təsvir edilir. "Necəsən?” və ya "Sənə kömək edə bilərəm?” kimi sadə suallarla belə qarşı tərəfə dəstək göstərməyə çalışırlar. Bu səbəbdən Xərçənglərlə qurulan dostluqların daha səmimi və uzunmüddətli olduğu düşünülür.

Əkizlər

Əkizlər bürcünün nümayəndələri ünsiyyətcilliyi ilə seçilir. Söhbət bitdikdə belə yeni mövzu tapmaq, maraqlı əhvalat danışmaq və qarşı tərəfi söhbətə cəlb etmək onların xüsusiyyətləri arasında göstərilir.
Əkizlər olduqları mühiti canlandırmağı və adi görüşləri belə daha əyləncəli etməyi bacara bilərlər. Qarşılarındakı insanın xarakterinə uyğun ünsiyyət tərzi seçmələri də onların yeni insanlarla tez dil tapmasına kömək edir.

Oxatan

Oxatan bürcünün yanında insanların özlərini daha sərbəst hiss etdiyi bildirilir. Onlarla söhbət zamanı hər cümləni əvvəlcədən düşünməyə ehtiyac qalmır. Spontan planlar, zarafatlar və gözlənilməz macəralar Oxatanların həyat tərzinin bir hissəsi kimi təqdim olunur.

Əhvalınız yaxşı olmadıqda belə sizi evdən çıxmağa, yeni bir şey etməyə və vaxt keçirməyə həvəsləndirə bilərlər. "Boş ver, həll edərik” yanaşması ilə hərəkət etmələri onların ətrafındakı insanlara rahatlıq və pozitivlik bəxş edə bilər.

Astroloji şərhlərə görə, Tərəzi, Xərçəng, Əkizlər və Oxatan ilk tanışlıq zamanı isti münasibət yarada bilən və insanlarla daha asan yaxınlaşan bürclər sırasında göstərilir. Bununla belə, astrologiyanın elmi əsaslı proqnoz metodu olmadığını da nəzərə almaq lazımdır.

/Demokrat.az
OXŞAR XƏBƏRLƏR